Messinin ağlamasını görmək istəyir – DÇ-2022-də

Braziliyalı keçmiş futbolçu Fred Braziliya və Argentina yığma komandaları haqda fikir bildirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, Cənubi Amerika təmsilçilərini DÇ-2022-nin yarımfinal mərhələsində görmək istədiyini deyib:

“Mən dünya çempionatının qalan matçlarında xaos, dava-dalaş, Lionel Messinin ağlamasını və Braziliya – Argentina oyununu görmək istəyirəm”.

Braziliya millisi DÇ-2022-nin 1/4 finalında bu gün Xorvatiya yığması ilə, Argentina isə Niderlandla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button