“Frayburq”un baş məşqçisi: “Heç bir narahatlıq yoxdur”
Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin ilk turunda Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, Almaniya Bundesliqasının 5-ci turunun “Bayer”lə səfər görüşü öncəsi keçirilən mətbuat konfransında bunları söyləyib:
“Futbol, futbol, futbol, yemək, yatmaq, yenə futbol, futbol, futbol – məndə bundan daha pis şeylər var. Bizim üçün heç bir narahatlıq yoxdur. Bizim iki cəbhədə mübarizə aparmağımızda çətinlik olmayacaq. Bunun üzərində işləmişik və və bu işdən tamamilə zövq alırıq. Biz həm Avropa Liqası, həm də Bundesliqada eyni zamanda mübarizə aparmaq üçün çox düzgün qərarlar qəbul etməliyik”.
Ştrayx bildirib ki, “Frayburq”un sabiq futbolçusu, 37 yaşlı Yulian Şuster beynəlxalq oyunların analizi ilə məşğul olacaq.
“Qarabağ” sentyabrın 8-də Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Frayburq”la qarşılaşacaq. Bu komandalar arasındakı ikinci matç isə noyabrın 3-də Bakıda baş tutacaq.
Bizi Facebook-da izləyin