“Frayburq” səfərdən 1 xalla qayıtdı

Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Auqsburq” – “Frayburq” matçı qolsuz bitib. “Union Berlin” isə evdə “Holştayn”a uduzub.

Hazırda 61 xala malik “Bayern” vahid liderdir. “Bayer” 53 xalla ikinci, 42 xalı olan “Ayntraxt” üçüncü pillədə qərarlaşıb. “Maynts” 41, “Frayburq” 40, “Leypsiq” 38, “Volfsburq” və “Borussiya” (Mönhenqladbax) 37, “Ştutqart” 36, “Borussiya” (Dortmund) 35 xal toplayıb.

Almaniya Bundesliqası
24-cü tur

28 fevral

Ştutqart – Bayern 1:3
Qollar
: Ştiller, 34 – Olise, 45. Qoretska, 64. Koman, 90.

1 mart

Boxum – Hoffenhaym 0:1
Qol
: Bişof, 72.

Haydenhaym – Borussiya (Mönhenqladbax) 0:3
Qollar
: Hak, 8; 59. Nqumu, 18.

Leypsiq – Maynts 1:2
Qollar
: X.Simons, 1 – Amiri, 52. Burkardt, 58.

Sankt Pauli – Borussiya (Dortmund) 0:2
Qollar
: Girassi, 50. Adeyemi, 58.

Verder – Volfsburq 1:2
Qollar
: Vayzer, 90 – Vimmer, 6; 48.

Ayntraxt – Bayer 1:4
Qollar
: Ekitike, 37 – Tella, 26. Mukiele, 29. Şik, 33. A.Qarsiya, 62.

2 mart

Union Berlin – Holştayn 0:1
Qol
: Giqoviç, 43.

Auqsburq – Frayburq 0:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button