“Frayburq” “Qarabağ”la oyunda baş verənlərə görə cəzalandı
UEFA Almaniyanın “Frayburq” komandasını cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Buna Bundesliqa təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”la ev və 2-ci turda Yunanıstan “Olimpiakos”u ilə səfər oyunlarındakı davranışları səbəb olub. Nəticədə klub ilk matçdakı olaylar səbəbindən 7000 avro, ikinci görüşdəki insidentə görə isə 11000 avro məbləğində cərimə ödəyəcək.
Xatırladaq ki, “Frayburq” – “Qarabağ” metçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin