“Fransızları xoşlayıram” – Ötən ilin ən yaxşı qapıçısı
“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines 2022-ci ilin ən yaxşı qapıçısı elan olunub.
Komanda.az TMC-yə istinadən xəbər verir ki, o, “The Best” mükafatının təqdimat mərasimindən sonra Fransanı sevdiyini deyib:
“Doğrusu, mən Fransanı sevirəm. Dəfələrlə oraya tətilə getmişəm. Fransızları xoşlayıram. “Aston Villa”da iki fransız futbolçu ilə eyni otaqda qalırdım”.
Son dünya çempionu fransalı mütəxəssis Arsen Vengeri əfsanə adlandırıb:
“Arsenal”da Fransadan çox yaxşı oyunçular olub. Arsen Venger əfsanədir. Hazırda o, FİFA-da çalışır. Onu yenidən görmək çox xoş idi”.
“The Best” mükafatının qalibi PSJ-nin hücumçusu Lionel Messi olub. Emiliano Martines 2022-ci ilin ən yaxşı qapıçısı, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni ötən ilin ən yaxşı məşqçisi seçilib.
Argentina millisi DÇ-2022-nin final matçında Fransa yığmasını məğlub edərək, çempion olub.
Bizi Facebook-da izləyin