
Onları 10 minə yaxın azarkeş qarşıladı – FOTOLAR
DÇ-2022-nin finalında Fransa millisi Argentinaya penaltilər seriyasında məğlub olub (3:3, penaltilər – 2:4).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, final matçından sonra ölkəyə qayıdan fransızları 10 minə yaxın azarkeş Konkord meydanında qarşılayıb.
Azarkeşlər DÇ-2022-nin finalında məğlub olmaqlarına baxmayaraq, milli komandanın çıxışını alqışlayıblar.
DÇ-2018-də “xoruzlar” Xorvatiyanı məğlub edərək (4:2), qızıl medallara sahib olsalar da, DÇ-2022-də Argentinaya penaltilər seriyasında məğlub olaraq (3:3, penaltilər – 2:4), gümüş medalla kifayətləniblər.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin