Fransızlar Azərbaycan bayrağı ilə bağlı məsələyə görə üzr istədilər
Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları turnirin loqosunda Azərbaycan bayrağının yer almamasına görə üzr istəyib.
Komanda.az xəbər verir ki, Fransa Güləş Federasiyası bununla bağlı Azərbaycan Güləş Federasiyasına məlumat verib. Onlar sözügedən loqonun daha əvvəl hazırlandığını, bu səbəblə orda Azərbaycan bayrağının yer almadığını bildiriblər. Fransa qurumu bu hadisəyə görə Azərbaycan Güləş Federasiyasından üzr istəyib.
Qran-pri 15 – 17 yanvarda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin