Fransızlar avtoqolla qalib gəldilər
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.
Komanda.az xəbər verir ki, Fransa millisi Avstriya ilə üz-üzə gəlib.
Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.
Xatırladaq ki, ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub etmişdi – 2:1.
AÇ-2024
D qrupu
17 iyun
Avstriya – Fransa 0:1
Qol: Maksimilian Vöber, 38-öz qapısına.
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Düsseldorf (“Düsseldorf Arena”).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin