Venger Çempionlar Liqasındakı favoritlərini açıqladı
Fransız mütəxəssis Arsen Venger bu mövsüm Çempionlar Liqasındakı favorit komandalarını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Venger, PSJ və “Mançester Siti”nin çempionluq üçün ən böyük namizəd olduğunu deyib:
“Mənim favoritim PSJ və MS-dir. Potensiallarını nəzərə alsaq, hazırda ən güclü namizədlər onlardır. PSJ və “Mançester Siti” rəqiblərindən bir az daha öndədirlər. Amma qəbul etməliyik ki, Avropa futbolunun səviyyəsində eniş var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin