Kantedən gələcəyi haqda açıqlama

“Əl-İttihad”ın və Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante Avropaya mümkün dönüşü barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ölkəsinə qayıda biləcəyini deyib:

“Paris”ə və ya Fransa Liqa 1-in başqa klubuna keçəcəyim hələ dəqiq deyil. Bu barədə hələ düşünməmişəm. Hazırda “Əl-İttihad”la müqaviləm var. Fransaya dönməyi istisna etmirəm, amma bu, hələlik gündəmdə deyil”.

34 yaşlı futbolçu 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edir. Kantenin bazar dəyəri 5 milyon avro qiymətləndirilir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button