Fransa klubu baş məşqçisini qovdu

Fransanın “Tuluza” klubu baş məşqçisi Antuan Kombuareni istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Kombuare, “Tuluza”nın Fransa kubokunun 1/32 final mərhələsi çərçivəsində aşağı liqa təmsilçisi “Sen Prive Sen İler” klubuna məğlubiyyətinə (0:1) görə qovulub.

“Tuluza” hazırda Liqa 1-də sonuncu pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button