Fransa klubunda baş məşqçi ayrılığı

Fransanın “Tuluza” klubu baş məşqçisi Alen Kazanovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransız mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kazanov ötən ilin yayından “Tuluza”nı çalışdırırdı.

“Tuluza” Liqa 1-də 9 turdan sonra 9 xalla 18-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button