Liqa 1 klubunun 4 üzvü koronavirusa yoluxdu
Fransanın “Strasburq” klubunun daha dörd üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virus aşkarlananlar karantinə alınıblar.
“Strasburq”da bundan əvvəl də 5 nəfərdə koronavirus aşkarlanmışdı. 9 üzvü koronavirusa yoluxan “Strasburq”un avqustun 8-də “Reyms”lə keçirməli olduğu yoxlama görüşü təxirə salınıb.
“Strasburq” Liqa 1-də son mövsümü 11-ci sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin