Fransa klubunda yeni baş məşqçi
Fransanın “Sent-Etyen” klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin “sükan”ı Klod Pyuelə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Fransada daha əvvəl “Monako”, “Lion” və “Nitsa”nı çalışdıran Pyuel, sonuncu dəfə İngilərənin “Lester” klubunda baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin