Prezident açıqladı: Baş məşqçiylə yollar ayrılır
Fransanın “Sent-Etyen” klubu baş məşqçisi Jan-Luis Qassetlə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin prezidenti Bernard Çayasso yerli mətbuata açıqlamasında deyib. O, mövsümün sonunda müqaviləsi bitən Qassetlə yeni sözləşmə imzalamayacaqlarını bildirib.
Jan-Luis Qasset 2017-ci ildən “Sent-Etyen”i çalışdırır. 65 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv, Liqa 1-də 37 turdan sonra 65 xalla 4-cü sırada yer alır. “Sent-Etyen” yeni mövsümdə Avropa Liqasında iştirak etmək hüququnu təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin