“Qarabağ”a keçmək fürsətim var idi” – Mərakeş millisinin üzvü

Fransanın “Reyms” klubunun futbolçusu Yunis Abdelhamid karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi “France Football” nəşrinə müsahibəsində deyib. O, 2017-ci ildə “Dijon”da çıxış edən zaman “Qarabağ”dan təklif aldığını bildirib:

“2017-ci ildə ölkə xaricinə getmək istədim. “Qarabağ”a keçmək fürsətim var idi. Yalan danışmayım, cəlbedici və maddi cəhətdən də sərfəli təklif idi. Tərəddüd etdim, “Dijon”dakı uğursuz təcrübədən sonra inkişaf edəcəyim bir kluba getmək istəyirdim. Az oynamaqdan bezmişdim və nəhayət, “Reyms”ə keçdim. Düzgün seçim olduğunu düşünürəm”.

2017-ci ildə “Reyms”ə keçən Yunis, bu mövsüm Liqa 1-də 20 oyuna çıxıb. Müdafiəçi iki dəfə də Mərakeş millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button