Fransa klubunda baş məşqçi ilə yollar ayrıldı
Fransanın “Reyms” klubunda baş məşqçi Devid Qayonla yollar ayrılıb.
Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qayon 2017-ci ilin mayından “Reyms”i çalışdırırdı.
“Reyms” Liqa 1-də mövsümü 14-cü sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin