Belçika millisinin üzvü “Bavariya”nın hədəfində
Fransanın “Renn” klubunun və Belçika milli komandasının futbolçusu Jeremi Doku karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Bavariya” klubu 19 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen klubunun yaxın zamanda Doku üçün “Renn”ə təklif göndərəcəyi bildirilir.
“Renn”lə müqaviləsi 2025-ci ilin yayına qədər olan Dokunun “transfermarkt”da dəyəri 22 milyon avrodur.
Doku Belçika yığması ilə AÇ-2020-də iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin