Seneqal millisinin üzvü Fransa klubunda
Fransanın “Renn” klubu mövsümün əvvəlində “Torino”dan icarəyə götürdüyü Mbaye Nyanqla rəsmi müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Renn” seneqallı futbolçu üçün “Torino”ya 15 milyon avro ödəyəcək.
Karyerası ərzində “Uotford”, “Milan”, “Monpelye” kimi klublarda çıxış edən Nyanq, 2018-ci ilin yayında “Torino”ya keçib, daha sonra isə “Renn”ə icarəyə verilib.
Nyanq 15 dəfə də Seneqal millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin