Poçettino: “Məncə, “Mançester Siti” “Bavariya”dan daha güclüdür”
Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsində İngiltərə “Mançester Siti”sinə qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Mançester Siti”nin dünyanın ən yaxşı komandalarından biri olduğunu deyib:
“İlk oyunu Parisdə oynamaq üstünlük ola bilər. Onsuz da iki oyun var və birini evdə, birini səfərdə keçirəcəyik. Məncə, təcrübəmiz ilk oyun üçün kömək olacaq.
İki möhtəşəm komandanın oyunu olacaq. Mənə görə, rəqib komandanın baş məşqçisi Xosep Qvardiola dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Bəlkə də, birincisi. Qazandıqlarına baxın. Mən futbolu sevən, hələ öyrənməyə və titul qazanmağa çalışan bir mütəxəssisəm.
Rəqibimiz dünyanın ən yaxşı komandalarından biridir. Məncə, “Mançester Siti” “Bavariya”dan daha güclüdür. Oyunu qazanıb-qazanmayacağımızı bilmirəm. Ancaq meydana çıxıb, qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Özümüzə güvənirik”.
Bu gün keçiriləcək PSJ – “Mançester Siti” matçı saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin