Zidan Parisdə işə başlamağa hazırdır

Fransanın PSJ klubunda baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi komandanın çalışdırıcısı Maurisio Poçettinonun işindən tam məmnun deyil. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.

PSJ-də Poçettinonun əvəzinə Zinəddin Zidanın komandaya gətirilməsi planlaşdırılır. Fransalı mütəxəssis də Paris təmsilçisini çalışdırmağa müsbət yanaşır.

Zidan, Poçettinonun vəzifəsindən ayrılacağı halda, PSJ rəhbərliyi ilə müqavilə şərtlərini danışmağa hazırdır.

Son olaraq “Real”ı çalışdıran və bir müddətdir işsiz olan Zidanın adı “Mançester Yunayted”lə də hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button