“Borussiya” rəsmisindən Halandla bağlı açıqlama

Fransanın PSJ klubuna keçəcəyi iddial olunan Erlinq Halandla bağlı “Borussiya”nın idman direktoru Mixael Çork açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Dortmund təmsilçisinin rəsmisi norveçli hücumçunu satmayacaqlarını deyib:

“Bizim düşüncəmiz dəyişməyib. Halandı satmayacağıq. Bank deyilik, pulla işimiz yoxdur. Onsuz, iki gün daha xəbərlər çıxacaq, ondan sonra daha bu haqda danışılmayacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button