Portuqaliya millisinin üzvü PSJ-də – rəsmi

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Portu”dan Danilo Pereyranı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi 2020/21 mövsümünü icarə əsasında PSJ-də keçirəcək. Fransa klubu mövsümün sonunda Danilonun transfer hüquqlarını ala bilər.

2015-ci ildən “Portu”da çıxış edən yarımmüdafiəçi Portuqaliya yığmasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button