PSJ Neymardan sonra onunla da müqaviləni yeniləyir

Fransanın PSJ klubu futbolçusu Yulian Drakslerin müqaviləsinin müddətini artıracaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə imzalanacaq yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər olacaq. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama veriləcək.

Draksler 2017-ci ildən PSJ-də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm Liqa 1-də 23 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya yığmasının da üzvü olan Drakslerin PSJ ilə indiki müqaviləsi yaya qədərdir.

PSJ bir neçə gün əvvəl Neymarla müqaviləni yeniləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button