Neymarla danışıqlar davam edir

Fransanın PSJ klubu futbolçusu Neymarla müqaviləni yeniləməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Le10sport” nəşri məlumat yayıb. Xəbərdə, tərəflər arasında danışıqların davam etdiyi və razılığa yaxın olduqları bildirilir. Neymarla yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər olacaq.

2017-ci ildən PSJ-də çıxış edən braziliyalı hücumçunun müqaviləsi 2022-ci ilin yayına qədərdir. 29 yaşlı futbolçu bu mövsüm 18 oyunda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button