PSJ kapitanla razılığa gəldi
Fransanın PSJ klubu futbolçusu Markinyosla yeni müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi braziliyalı müdafiəçi ilə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Kapitan Markinyosla yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər olacaq.
27 yaşlı futbolçu 2013-cü ildən PSJ-də çıxış edir. Onun indiki müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin