PSJ-yə 700 min avroluq cərimə

Fransanın PSJ klubu cərimələnib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi 2018-ci ilin yanvar-iyun tarixlərində idman ləvazimatları aldığı şirkətlərə ödənişləri gecikdirdiyi üçün cəzalanıb. PSJ-yə bu səbəbdən 700 min avro cərimə kəsilib.

Klubdan edilən açıqlamada, bu cəzaya etiraz olunsa da, şikayətin təmin olunmadığı bildirilib.

Fransada şirkətlərə ödənişləri gecikdirən klublar 375 min avrodan 2 milyon avroya qədər cərimələnir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button