Fransa klubunda qalmaqal – 70 min avroluq saat oğurlandı
Fransanın “Nitsa” klubunun futbolçusu Lamin Diabi komanda yoldaşı Kasper Dolberqin saatını oğurlamaqda şübhəli bilinir.
Komanda.az xəbər verir ki, bu barədə Fransanın “Lequipe” nəşri məlumat yayıb. Bir müddət əvvəl hücumçu Dolberqin dəyəri 70 min avro olan saatı stadionun paltardəyişmə otağından oğurlanmışdı. Saatın oğurlanmasında hazırda yeganə şübhəli isə komandanın digər hücumçusu Diabidir.
Oğurluğun 18 yaşlı hücumçu tərəfindən edildiyi təsdiqlənsə, klub onun müqaviləsinə xitam verəcək.
Diabi 13 yaşından “Nitsa” klubundadır. O, bu mövsüm əsas komanda ilə heç bir oyunda iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin