Danimarka millisinin üzvü növbəti dəfə qarət olundu
Fransanın “Nitsa” klubunun futbolçusu Kasper Dolberqin evi qarət olunub.
Komanda.az xəbər verir ki, danimarkalı hücumçu yığmanın düşərgəsindən Fransaya qayıtdıqdan sonra avtomobilinin olmadığını, daha sonra isə evindən 2000 avrosunun və bir neçə telefonunun oğurlandığını bilib.
Dolberq evinin açarlarını maşınında saxladığı üçün qarətçilər evə rahat daxil olublar.
22 yaşlı hücumçu ilk dəfə deyil ki, oğurluqla üzləşir. Bir müddət əvvəl komanda yoldaşı Dolberqin 70 min avroluq saatını oğurlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin