
Fransa klubundan 8 milyon avroluq transfer – rəsmi
Fransanın “Nitsa” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Paranaense” klubundan Robson Bambunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Nitsa” 22 yaşlı müdafiəçi üçün 8 milyon avro ödəyib.
Bambu 2020-ci ilin iyulunda “Nitsa”ya qoşulacaq. “Santos”un yetirməsi olan müdafiəçi 2019-cu ilin yayından “Atletiko Paranaense”də çıxış edir. Bambu, 23 yaşadək futbolçulardan ibarət Braziliya yığmasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin