
PSJ-dən “Nitsa”ya – rəsmi
Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-dən Marçin Bulkanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı qapıçı 2021/2022 mövsümünü icarə əsasında “Nitsa”da keçirəcək.
Bulka 2019-cu ildən PSJ-də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin