“Messiyə qarşı oynamaq şərəfdir”
Fransanın “Nant” klubunun futbolçusu Mozes Simon Liqa 1-də PSJ-yə qarşı keçirəcəkləri oyun haqda danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi, argentinalı hücumçu Lionel Messiyə qarşı oynamağın onun üçün şərəf olduğunu deyib:
“PSJ ilə oyunu səbirsizliklə gözləyirəm. Messinin meydanda olması oyunuma yaxşı təsir edəcək. Ona qarşı oynamaq şərəfdir. Messinin varlığı gənc oyunçular üçün əlavə motivasiyadır”.
Bu gün keçiriləcək PSJ – “Nant” matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin