“Fiorentina”dan Fransa klubuna – rəsmi
Fransanın “Nant” klubu icarə əsasında komandada çıxış edən, müqavilə ilə İtaliya “Fiorentina”sına məxsus olan Alban Lyafonun transfer hüquqlarını alıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. “Nant” qapıçı üçün “Fiorentina”ya 7,5 milyon avro ödəyəcək.
Lyafon 2019-cu ilin yayından icarə əsasında “Nant”da çıxış edir.
Fransalı futbolçu bu mövsüm Liqa 1-də 34 oyunda 52 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin