“Fiorentina”dan Fransa klubuna
Fransanın “Nant” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Fiorentina”dan Alban Lafontu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı qapıçı növbəti iki mövsümü “Nant”da keçirəcək.
2018-ci ilin yayından “Fiorentina”da çıxış edən Lafont, son mövsümdə 38 qarşılaşmada iştirak edib. Qapıçı 20 yaşadək futbolçulardan ibarət Fransa millisinin də formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin