Fransa klubunun 12 üzvü koronavirusa yoluxdu
Fransanın “Monpelye” klubunun 12 üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, virusa yoluxanların 8-nin futbolçu, 4-nün isə klubun işçisi olduğu bildirilib. Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar karantinə alınıblar.
“Monpelye” Liqa 1-in 7-ci turunda sabah “Monako” ilə qarşılaşmalıdır. Matçın təxirə salınacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin