“Monako”da baş məşqçi dəyişikliyi: Moreno gedir, sabiq “Bavariya”lı gəlir
Fransanın “Monako” klubunda baş məşqçi Roberto Moreno ilə bağlı qərar verilib.
Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, “Monako”nun Moreno ilə yollarını ayıracağı bildirilib. Liqa 1 klubu baş məşqçi postuna “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçı gətirəcək.
“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.
Moreno bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunmuşdu. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin