Nigeriya millisinin üzvü “Monako”da – Rəsmi
Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Everton”dan Henri Onyekurunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Monako” Onyekuru üçün “Everton”a 13 milyon avro təzminat ödəyib. Nigeriyalı oyunçu 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edirdi. Onyekuru son mövsümü icarə əsasında “Qalatasaray”da keçirmişdi.
11 dəfə də Nigeriya millisinin formasını geyinən hücumçu, bir qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin