“Monako” hücumçusu ilə yollarını ayırdı
Fransanın “Monako” klubu futbolçusu Stevan Yovetiçlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Pol Mitçell “Lequipe” nəşrinə açıqlamasında deyib. Mitçell, Yovetiçin müddəti bitən müqaviləsini yeniləmədiklərini deyib.
Yovetiç 2017-ci ildən “Monako”da çıxış edirdi. 31 yaşlı hücumçunun klubla müqaviləsi iyunun sonuna qədər idi.
Monteneqrolu hücumçu bu mövsüm Liqa 1-də 29 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin