
“Monako” braziliyalı ilə yollarını ayırdı – rəsmi
Fransanın “Monako” klubu futbolçusu Naldo ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2019-cu ilin yanvarından “Monako”da forma geyinən braziliyalı futbolçunun sözləşməsi mövsümün sonuna qədər idi.
4 dəfə Braziliya millisinin formasını geyinən Naldo, daha əvvəl “Verder”, “Volfsburq”, “Şalke” kimi klubların şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin