
“Monako” rusla “nikah təzələdi”
Fransanın “Monako” klubu futbolçusu Aleksandr Qolovinin müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı rusiyalı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Bu mövsüm “Monako”yla Liqa 1-də 25 oyunda iştirak edən Qolovin, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin