
“Çelsi” fransızlara “yox” dedi
Fransanın “Monako” klubu “Çelsi”nin fubolçusu Timo Bakayokonu heyətinə qatmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi 25 yaşlı yarımmüdafiəçini icarəyə götürmək üçün “zadəganlar”a rəsmi təklif göndərib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
“Çelsi”nin “Monako”nun icarə təklifinə müsbət yanaşmadığı bildirilir. Buna səbəb, Liqa 1 klubunun avrokuboklarda iştirak etməməsidir.
2017-ci ildə “Monako”dan “Çelsi”yə transfer olunan Bakayoko, son mövsümü icarə əsasında “Milan”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin