Fransa klubunun futbolçusu karantinə alındı
Fransanın “Mets” klubunun futbolçularından biri koronavirus aşkarlanan şəxslə təmasda olduğu üçün karantinə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Mets”in futbolçusunda hazırda koronavirusun əlamətlərinin olmadığı bildirilir.
“Mets” klubunun digər üzvləri məşqləri davam etdirirlər. Komandanın üzvlərinin daim həkim nəzarətində olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin