Meksika klubu dünya çempionu ilə müqavilə imzaladı
Fransanın “Marsel” klubunun futbolçusu Florian Toven karyerasını Meksikada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Tiqres” klubu ilə razılaşıb. Bu barədə Meksika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tovenlə 5 illik müqavilə imzalanıb və o, yeni komandasına iyulun 1-də qoşulacaq.
“Transfermarkt”da dəyəri 28 milyon avro olan yarımmüdafiəçi, “Tiqres”ə azad agent kimi keçəcək. Fransız futbolçunun “Marsel”lə müqaviləsi yayda bitir.
Toven Fransa milli komandası ilə DÇ-2018-in qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin