“Qarabağ”ın rəqibinin futbolçusu İngiltərə yolunda

Fransanın “Marsel” klubunun futbolçusu Bubakar Kamara karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə “Mançester Yunayted” və “Nyukasl” yaxından maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Kamaranın “Marsel”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Fransalı müdafiəçi klubla sözləşməsini yeniləmək istəmir.

“Marsel” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button