“Barselona” milli üzvünü Fransa klubuna satdı
Fransanın “Marsel” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”dan Konrad De La Fuentanı transfer edib. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Marsel” 19 yaşlı yarımmüdafiəçi üçün “Barselona”ya 3 milyon avro ödəyib. Fransa klubu Konradın növbəti transferindən “Barselona”ya pay verəcək.
ABŞ milli komandasının da üzvü olan Konrad ötən mövsüm “Barselona”nın B komandası ilə 25 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin