Fransa klubunda ayrılıq
Fransanın “Marsel” klubu futbolçusu Rolando ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı müdafiəçinin müqaviləsi mövsümün sonuna qədər idi.
Karyerası ərzində “Napoli”, “İnter”, “Portu” kimi klublarda çıxış edən Rolando, 2015-ci ildən “Marsel” formasını geyinirdi. O, 21 dəfə də Portuqaliya yığmasının uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin