“Marsel” fransalı futbolçu ilə müqaviləni yenilədi
Fransanın “Marsel” klubu futbolçusu Jordan Amavi ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.
Amavi 2015-ci ildən “Marsel”də çıxış edir. Fransalı futbolçu bu mövsüm Liqa 1-də 11 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin