Payetə su şüşəsi atan azarkeş həbs olundu
Fransanın “Lion” klubunun bir azarkeşi həbs olunub.
Komanda.az xəbər verir ki, “Marsel”lə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan və oyunun yarımçıq dayandırılmasına səbəb olan fanat 6 aylıq həbs olunub. Bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
Bununla yanaşı, azarkeşin “Lion”un stadionuna getməsinə 5 illik qadağa qoyulub. Fanat 3 min avro məbləğində də cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin