Venger fransızlara “yox” dedi

Fransanın “Lion” klubunun baş məşqçi postuna Arsen Vengeri gətirmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisinin prezidenti Jan-Mişel Olas fransız mütəxəssislə görüş keçirib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Tərəflər arasında razılıq əldə olunmadığı və Vengerin təklifi rədd etdiyi bildirilir.

Vengerdən “yox” cavabı alan “Lion” rəhbərliyi bütün diqqətlərini Loran Blana yönəldəcək.

“Lion” bir müddət əvvəl baş məşqçi Silvinyo ilə yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button