“Lion” üçün 3 namizəd
Fransanın “Lion” klubunda Silvinyonun ayrılmasından sonra boş qalan baş məşqçi postuna namizədlər bəlli olub.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisində bu vəzifəyə Arsen Venger, Loran Blan və Tiaqo Motta namizəd göstərilib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Hər üç mütəxəssis hazırda işsizdir.
Loran Blan son olaraq PSJ-ni, Arsen Venger “Arsenal”ı, Tiaqo Motta isə PSJ-nin U-19 komandasını çalışdırıb.
“Lion” Liqa 1-də 14-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin